Menyu

Lənkəranda toyuq kəsimi sexinin qanunsuz fəaliyyət göstərdiyi aşkarlanıb

Operativ Media
Lənkəranda toyuq kəsimi sexinin qanunsuz fəaliyyət göstərdiyi aşkarlanıb

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Lənkəran rayonunun Sütəmurdov kəndində fəaliyyət göstərən toyuq kəsimi sexində yoxlama keçirib.

Operativ Media xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Baxış zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib.

Kəsim sexinin qanunsuz fəaliyyət göstərdiyi və qida təhlükəsizliyi qeydiyyatından keçmədiyi məlum olub. Həmçinin temperatur rejiminə əməl edilmədiyi, etiket məlumatlarının qanunvericiliyin tələblərinə uyğun olmadığı və digər nöqsanlar aşkarlanıb. Qida obyektinə qəbul edilən diri quşların müşayiətedici sənədləri də yoxlamaya təqdim edilməyib.

Faktla bağlı inzibati protokol tərtib edilib, nümunələr götürülərək laborator müayinələrə cəlb olunub, obyektin fəaliyyəti məhdudlaşdırılıb. Araşdırmalar davam etdirilir.

Fotogalereya

Əlaqəli Xəbərlər