Menyu

Mingəçevirin bir sıra ərazilərində işıq olmayacaq

Şəfa Hüseynli
Mingəçevirin bir sıra ərazilərində işıq olmayacaq

Martın 18-də Mingəçevir Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 110/35/6 kV-luq “Şəhər” yarımstansiyasından çıxan 6 kV-luq 15 saylı “Bağlar” hava xəttində təmir və yenidənqurma işləri aparılacaq.

Operativ Media-ya bu barədə "Azərişıq" ASC-dən məlumat verilib.

Həmçinin köhnə dayaqlar yeni metal dayaqlarla əvəz olunacaq, sözügedən xətdən qidalanan Transformator Məntəqələri (TM) və Komplekt Transformator Məntəqələrində (KTM) təmir işləri həyata keçiriləcək.

Bununla əlaqədar olaraq saat 10:00-dan 14:00-dək Mingəçevir şəhəri Günəşli bağ massivində elektrik enerjisinin verilişində fasilə yaranacaq. Təmir işləri başa çatdıqdan sonra həmin ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Əlaqəli Xəbərlər