Menyu

İdxal olunan şaftalı, nektarin və gilas tingində Şarka virusu aşkarlanıb

Operativ Media
İdxal olunan şaftalı, nektarin və gilas tingində Şarka virusu aşkarlanıb

İdxal olunan əkin-səpin materiallarına nəzarət tədbirləri çərçivəsində “Agro Plant” MMC, “Agroma” MMC, “Amogrovv” MMC və fiziki şəxs Eldarov Nahid Xanlar oğlunun Türkiyədən idxal etdiyi şaftalı, nektarin, gilas tingindən Qida Təhlükəsizliyi Agentliyinin müfəttişləri tərəfindən nümunələr götürülərək müayinələrə cəlb olunub.

Operativ Media xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Sınaq nəticəsində tinglərdə karantin tətbiq edilən Şarka virusu aşkarlanıb.

Faktla əlaqədar məhsul partiyasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması, məhv edilməsi və ya utilizasiyası barədə qərar qəbul edilib. Sahibkarların müraciəti əsasında 15100 ədəd şaftalı, 3600 ədəd nektarin, 300 ədəd gilas tingi məhv edilib.

Qeyd edək ki, Şarka virusu bitkilərin inkişafını zəiflədir və məhsuldarlığı əhəmiyyətli dərəcədə azaldır.

Əlaqəli Xəbərlər