Jurnalist Rəşad Baxşəliyev vəfat edib
Operativ Media
"Azərbaycan" qəzetinin şöbə müdiri, Vətən müharibəsinin iştirakçısı, jurnalist Rəşad Baxşəliyev vəfat edib.
Operativ Media xəbər verir ki, 48 yaşında həyatını itirən mərhum jurnalist bu gün dəfn olunacaq.
Qeyd edək ki, Rəşad Baxşəliyev 1978-ci ildə Mingəçevir şəhərində anadan olub. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. Uzun illər "Şərq" qəzetində çalışıb. Sonra fəaliyyətini rəsmi dövlət mətbuat orqanı olan "Azərbaycan" qəzetində davam etdirib. R.Baxşəliyev 2020-ci ildə Vətən müharibəsi başlayan kimi ordu sıralarına qoşulub. Müharibədə zabit kimi döyüşüb, bir necə medalla təltif olunub.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net