Binəqədi rayonunda talama cinayətində şübhəli bilinən iki nəfər saxlanılıb
Operativ Media
Binəqədi rayon sakini polisə müraciət edərək bildirib ki, naməlum şəxslər onun yaşadığı evə daxil olaraq kəsici alətlə hədələyib və mobil telefonunu talayıblar.
Operativ Media xəbər verir ki, bu barədə DİN məlumat yayıb.
Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən 39 yaşlı M.Əliyev və 38 yaşlı G.Əkbərov saxlanılıblar.