Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib
Operativ Media
"Azərbaycan Dəmir Yolları" QSC sərnişin tələbatını təmin etmək məqsədilə 4 və 5 aprel tarixlərində Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edir.
Operativ Media-ya bu barədə ADY-dən məlumat verilib.
Bildirilib ki, bu tarixlərdə hər iki istiqamətə səfərlər təşkil ediləcək.
Sərnişinlər sözügedən reyslərə biletləri 10 % endirimlə dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya "ADY Mobile" tətbiqindən əldə edə bilərlər.
Qeyd edək ki, bu istiqamətlər üzrə Bakı–Qazax–Bakı marşrutu ilə də gündəlik səfərlər təşkil olunur.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net