Əhməd Rəcəbli küçəsində sürücülərin narazılığına səbəb olan vəziyyət aradan qaldırılıb - VİDEO
Operativ Media
Bakının Nərimanov rayonunda, Əhməd Rəcəbli və Təbriz küçələrinin kəsişməsində sürücülərin narazılığına səbəb olan vəziyyət aradan qaldırılıb.
Operativ Media xəbər verir ki, sözügedən kəsişmədə işıqforun daimi sağa dönmə bölməsi mövcuddur. Lakin iki zolaq arasında 1.7 nişanlama xəttinin olmaması səbəbindən nəqliyyat vasitələri sağ zolaqdan rahat şəkildə dönə bilmirdilər.
Bu vəziyyət xüsusilə axşam saatlarında, saat 17:00-dan saat 20:00-a qədər daha ciddi problemlər yaradırdı. Bu zaman sürücülər məcbur qalaraq ikinci zolaqdan sağa dönürdülər.
Hazırda həmin ərazidə müşahidə olunan problem aradan qaldırılıb.