85 nəfər müharibə veteranı üçün özünüməşğulluq proqramı üzrə kiçik bizneslər qurulub
Operativ Media
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən özünüməşğulluq proqramı çərçivəsində bu il daha 85 nəfər müharibə veteranına biznes planlarına uyğun aktivlər verilib.
Operativ Media xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Mal və materiallar formasında verilmiş aktivlər hesabına onlar istehsal və xidmət, kənd təsərrüfatı üzrə kiçik ailə bizneslərini qurublar.
Proqrama cəlb edilənlər üçün ilkin mərhələdə biznes təlimləri təşkil olunur. Təlimləri bitirdikdən sonra seçdikləri iqtisadi fəaliyyət sahələri üzrə biznes planlarına uyğun aktivlərlə təmin edilirlər.