ADY ötən iki ay ərzində 24% daha çox sərnişin daşıyıb
Operativ Media
ADY bu ilin yanvar-mart aylarında ötən ilin eyni dövrü ilə müqayisədə 24% daha çox sərnişin daşıyıb.
Operativ Media xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları QSC məlumat yayıb.
Qeyd olunan dövrdə Bakı-Qazax-Bakı (102 723 nəfər) və Bakı-Balakən-Bakı (21 812 nəfər) marşrutları ilə səfər etmiş sərnişinlərin sayında müvafiq olaraq 8% və 18% artım qeydə alınıb.
Eyni zamanda, 2026-ci ilin mart ayında daşınmış ümumi sərnişin sayı 2025-ci ilin analoji dövrünün göstəricisini 27 faiz üstələyib.