Menyu

Şirvanda zəhərlənən şəxslərin son durumu açıqlanıb

Şəfa Hüseynli
Şirvanda zəhərlənən şəxslərin son durumu açıqlanıb

07.04.2026-cı il tarixində saat 16:00 radələrində zəhərlənmə şübhəsi ilə 5 nəfər (qadın) Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Şirvan Şəhər Mərkəzi Xəstəxanasından Operativ Media-nın sorğusuna cavab olaraq bildirilib ki, onlara dəqiqləşdirilməmiş qida zəhərlənməsi diaqnozu təyin olunub.

Pasiyentlərə dərhal ilkin tibbi yardım göstərilib. Hazırda onların müalicəsi Təcili tibbi yardım şöbəsində həkim nəzarəti altında davam etdirilir. Vəziyyətləri orta ağır olaraq qiymətləndirilir.

Əlaqəli Xəbərlər