Menyu

Saatlıq maaş və əməkhaqqından tutulmalarla bağlı yeni təkliflər hazırlanacaq

Operativ Media
Saatlıq maaş və əməkhaqqından tutulmalarla bağlı yeni təkliflər hazırlanacaq

Bu il əmək münasibətləri və məşğulluq sahəsində yeni qanunvericilik islahatlarının aparılması nəzərdə tutulub.

Operativ Media İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bu, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın sədri, Baş nazirin müavini Samir Şərifovun təsdiq etdiyi müvafiq Yol Xəritəsində öz əksini tapıb.

Yol Xəritəsinə əsasən, bu il görülməsi planlaşdırılan tədbirlər aşağıdakılardır:

1. Aktiv məşğulluq tədbirlərinin genişləndirilməsi istiqamətində beynəlxalq təcrübənin öyrənilməsi;

2. Saatlıq minimum əməkhaqqının tətbiqi ilə bağlı təkliflərin dövlət orqanları (qurumları) ilə razılaşdırılması prosesinin yekunlaşdırılması;

3. Əmək münasibətlərində ayrı-seçkiliyin və seksual-qısnamanın yolverilməzliyinin təmin edilməsi məqsədilə əmək qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı təkliflərin dövlət orqanları (qurumları) ilə razılaşdırılması prosesinin yekunlaşdırılaraq aidiyyəti üzrə təqdim edilməsi;

4. Əmək qanunvericiliyində əməkhaqqından tutulmalarla bağlı müddəaların beynəlxalq normalara uyğunlaşdırılması ilə bağlı təkliflərin hazırlanaraq aidiyyəti üzrə təqdim edilməsi;

5. Uşaqların əmək hüquqlarının pozulmasının qarşısının alınması ilə bağlı inzibati məsuliyyətin sərtləşdirilməsi ilə bağlı qanun layihəsinin aidiyyəti qurumlarla razılaşdırılması;

6. “Fərdi mühafizə vasitələrinin təhlükəsizliyi haqqında milli texniki reqlament”in təsdiq edilməsi haqqında Qərar layihəsinin hazırlanması;

7. “Təcrübəçi” kimi əmək fəaliyyətinə cəlb olunmuş şəxslərin hüquqi statusunu tənzimləyən normaların normativ hüquqi aktlara daxil edilməsi;

8. Əmək miqrasiyası sahəsində ikitərəfli sazişlərin hazırlanması;

9. Əməyin mühafizəsi sahəsi üzrə beynəlxalq standartlar əsasında yeni dövlət standartlarının təsdiq edilməsi;

10. İşçilərin hüquqlarının qorunması istiqamətində “Əmək və məşğulluq” altsisteminin funksionallığının artırılması;

11. Özünüməşğulluq proqramı çərçivəsində mövcud zərflərin təkmilləşdirilməsi və ya yeni zərflərin əlavə edilməsi ilə bağlı təkliflərin hazırlanması;

12. Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən müvafiq şəxslərin inklüziv təlim proqramlarına cəlb olunması;

13. İnklüziv məşğulluq imkanlarının genişləndirilməsi ilə bağlı təkliflərin hazırlanması.

Əlaqəli Xəbərlər