Menyu

Enerji auditi üzrə ixtisas imtahanları başlayır

Operativ Media
Enerji auditi üzrə ixtisas imtahanları başlayır
1 dəq oxu

Energetika Nazirliyi enerji auditoru ixtisas attestatının əldə edilməsi məqsədilə təsərrüfat subyektlərində, həmçinin binalarda (qurğularda) enerji auditinin həyata keçirilməsi ixtisas kateqoriyaları üzrə attestasiya elan edib.

Nazirlikdən Operativ Media-ya bildirilib ki, attestasiya təsərrüfat subyektlərində enerji auditinin keçirilməsi ixtisas kateqoriyası üzrə aprelin 29-u saat 12:00-da, binalarda (qurğularda) enerji auditinin keçirilməsi ixtisas kateqoriyası üzrə isə aprelin 30-u saat 12:00-da Energetika Nazirliyində (Ünvan: Bakı şəhəri, Ü.Hacıbəyli küç. 84, Hökumət Evi, 4-cü giriş, 9-cu mərtəbə, AZ1000) təşkil ediləcək. İştirak etmək üçün son müraciət tarixi aprel ayının 13-nə qədərdir.

Attestasiyada iştirakı təsdiq edilmiş namizədlər və namizəd qismində müraciət edəcək şəxslər əlavə məlumatları aşağıdakı mənbələrdən əldə edə bilərlər:

· Attestasiya Proqramı (təsərrüfat subyektləri üzrə)

. Attestasiya Proqramı (binalar (qurğular) üzrə)

· Bələdçi

· İxtisas Attestatının əldə edilmə qaydası

Qeyd edək ki, namizədlər attestasiyanın keçiriləcəyi yerə 15 dəqiqə əvvəl yaxınlaşmalı və şəxsiyyətini təsdiq edən sənədi təqdim etməlidirlər.

Əlaqə: 598-16-53/54/55 (daxili 1057)

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər