Menyu

FHN: Yağışın fəsadlarının aradan qaldırılması işləri fasiləsiz davam etdirilib

Operativ Media
FHN: Yağışın fəsadlarının aradan qaldırılması işləri fasiləsiz davam etdirilib
1 dəq oxu

Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən intensiv yağışlarla əlaqədar yaranan fəsadların aradan qaldırılması işləri ötən gecə və gün ərzində fasiləsiz olaraq davam etdirilib.

FHN-in mətbuat xidmətindən Operativ Media-ya verilən məlumata görə, hazırda Bakı şəhərinin Xəzər, Nizami, Qaradağ, Sabunçu, Suraxanı, Binəqədi və Səbail rayonlarında, eləcə də Sumqayıt şəhərində, Abşeron, Xızı və Xaçmaz rayonları ərazisində müvafiq təhlükəsizlik tədbirlərinin görülməsi, o cümlədən suçəkmə işləri həyata keçirilir.

Qeyd edilib ki, yaranan fəsadların aradan qaldırılması tədbirlərinə nazirliyin müvafiq qurumları cəlb olunub.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər