Menyu

Bakının bəzi yollarında təmir işləri aparılacaq

Operativ Media
Bakının bəzi yollarında təmir işləri aparılacaq

Bakıda vətəndaşların rahat və təhlükəsiz hərəkətinin təmin olunması, həmçinin Ümumdünya Şəhərsalma Forumu XIII Sessiyası (WUF13) ilə əlaqədar hazırlıq işləri çərçivəsində Bakı şəhərinin bəzi yollarında təmir işləri həyata keçiriləcək.

Operativ Media xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Məlumata görə, bu istiqamətdə yol örtüyünün istismar vəziyyəti nəzərə alınaraq aşağıdakı ərazilərdə təmir işlərinin aparılması planlaşdırılır:

- Heydər Əliyev prospektindən Babək prospektinə gedən yolötürücü üzərində;

- Ziya Bünyadov prospektində ("Koroğlu" metro stansiyası istiqamətində).

İşlərin icra tarixi və müddəti 9 aprel saat 23:00-dan 10 aprel saat 07:00-a qədər və 10 aprel saat 23:00-dan 11 aprel saat 07:00-a qədərdir

Göstərilən tarixlərdə Heydər Əliyev prospektindən Babək prospektinə gedən yolötürücü üzərində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq, Ziya Bünyadov prospektində isə ("Koroğlu" metro stansiyası istiqamətində) nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

"Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları və əvvəlcədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur", - deyə agentlik bəyan edib.

Əlaqəli Xəbərlər