Vətəndaşlar vergini “JEK”ə ödəməlidir, yoxsa bələdiyyəyə? - VİDEO
Bəzən vətəndaşlardan həm mənzil-kommunal təsərrüfat birlikləri, həm də bələdiyyələr tərəfindən müxtəlif adlarla ödənişlər tələb olunur.
Bəs vətəndaşlar istifadə etdikləri əmlaka görə vergiləri hara ödəməlidir?
Operativ Media xəbər verir ki, mövzu ilə bağlı AzTV-yə danışan Milli Məclisin deputatı Tahir Mirkişili bildirib ki, qanunvericiliyə əsasən vətəndaşlar istifadə etdikləri əmlaka görə vergiləri yalnız yerli bələdiyyə orqanlarına ödəməlidirlər. Fiziki şəxslər həm kommersiya, həm də qeyri-kommersiya obyektlərinə, eləcə də torpaq sahələrinə görə yerli vergiləri məhz bələdiyyələrə ödəyirlər:
“Bununla yanaşı, vətəndaşlar istifadə etdikləri mənzillərə görə məişət tullantılarının daşınması haqqını mənzil-kommunal istismar sahələrinə ödəməlidirlər. Qərara əsasən, bu xidmət haqqı aylıq adambaşına 1 manat, istismar haqqı isə hər kvadratmetr üçün illik 24 qəpik təşkil edir”.