Menyu

Lənkəranda “Mediada Azərbaycan dili” mövzusunda təlim keçirilib

Operativ Media
Lənkəranda “Mediada Azərbaycan dili” mövzusunda təlim keçirilib

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin nəzdində fəaliyyət göstərən Teleradio Akademiyası “Mediada Azərbaycan dili” proqramı çərçivəsində növbəti təlimini Lənkəranda keçirilib.

Operativ Media xəbər verir ki, tədbirdə media qurumlarının nümayəndələri və dövlət strukturlarının mətbuat xidmətlərinin əməkdaşları iştirak ediblər.

Bildirilib ki, tədbirin başlıca məqsədi medianın ana dilinin qorunmasındakı əhəmiyyətini vurğulamaq, bu istiqamətdə mövcud yanaşmaları və inkişaf imkanlarını müzakirə etmək, həmçinin mövcud problemləri üzə çıxarmaqdır.

Efir estetikası üzrə mütəxəssis Mümtaz Xəlilzadə iştirakçılar qarşısında çıxış edib.

Teleradio Akademiyasının direktoru Almaz Nəsibova proqramın əsas hədəfinin Azərbaycan dilinin qorunması və inkişafı olduğunu vurğulayıb, layihə barədə məlumat verib və təlimlərin yekununda kitabın nəşr ediləcəyini diqqətə çatdırıb.

Əməkdar artist Sevda Ağazadə bildirib ki, düzgün və səlis nitq yalnız media nümayəndələri üçün deyil, hər bir vətəndaş üçün vacibdir.

AMEA Mərkəzi Elmi Kitabxanasının direktor müavini, dosent Şəhla Quliyeva orfoqrafiyanın tarixi inkişafı haqqında məlumat verib. O, düzgün nitqin formalaşdırılmasının yazı mədəniyyətinin əsasını təşkil etdiyini vurğulayıb.

Digər çıxışlarda da həm televiziya, həm də yazılı mətbuatda dil qaydalarına riayət olunmasının vacibliyi diqqətə çatdırılıb.

Əlaqəli Xəbərlər