Menyu

Ağsuda su borularını oğurlayan şəxs saxlanılıb

Operativ Media
Ağsuda su borularını oğurlayan şəxs saxlanılıb

Ağsuda oğurluq hadisəsi qeydə alınıb.

Operativ Media-ya bu barədə DİN-nin mətbuat xidmətindən məlumat verilib.

Rayon ərazisində 120 metr uzunluğunda iri diametrli su boru kəməri naməlum şəxs tərəfindən talanıb.

Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən Sabirabad rayon sakini, əvvəllər məhkum olunmuş 41 yaşlı Namiq Haxverdiyev saxlanılıb. 

Faktla bağlı cinayət işi başlanılıb, N.Haxverdiyev barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırma aparılır.

Əlaqəli Xəbərlər