Menyu

Üç səhmdar cəmiyyətin səhmləri təkrar pul hərracında satılacaq

Operativ Media
Üç səhmdar cəmiyyətin səhmləri təkrar pul hərracında satılacaq

Ölkə ərazisində fəaliyyət göstərən üç səhmdar cəmiyyətinin səhmləri təkrar pul hərracında satışa çıxarılacaq.

Operativ Media xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) məlumat yayıb.

Məlumata görə, mayın 19-da keçiriləcək hərracda “Salyan broyler”, “Salyan Kəndkimya” və “Yevlax Təkrar Xammal” səhmdar cəmiyyətlərinə məxsus səhmlər təklif olunacaq. Pul hərracında qanunvericiliyə müvafiq olaraq, alıcı hesab edilən, sifarişi və digər zəruri sənədləri təqdim etmiş hüquqi və fiziki şəxslər iştirak edə bilərlər. Sifarişlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında (ünvan: Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20) və yaxud İqtisadiyyat Nazirliyinin Elektron Xidmətlər Portalı (e-services.economy.gov.az) vasitəsilə hərracın keçirilməsinə ən geci 3 bank günü qalanadək qəbul olunacaq. Məlumat yerləşdirildiyi gündən hərracda iştirak etmək arzusunda olan fiziki və hüquqi şəxslər səhmləri satışa çıxarılan müəssisələr barədə zəruri məlumatlarla ƏMDX-nin emlak.gov.az rəsmi internet səhifəsində və emissiya prospektləri (özəlləşdirmə planları) ilə Hərracların Təşkili Mərkəzində tanış ola bilərlər.

Hərracda iştirak etmək üçün (elektron sifariş verənlər istisna olmaqla) səhmdar cəmiyyətlərinin səhmlərinin və müştərək müəssisələrin nizamnamə kapitalındakı dövlətin payının pul hərraclarında satışı üzrə hərrac komissiyasına hərracın keçirilməsinə ən geci 3 bank günü qalanadək aşağıdakı sənədlər təqdim olunmalıdır:

- müəyyən edilmiş qaydada təsdiq olunmuş formada sifariş

- müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən ödəmə sənədinin surəti

(pul hərraclarına çıxarılan səhmlərin ilkin satış qiymətinin 10% məbləğində beh Azərbaycan Respublikası Mərkəzi Bankında Əmlak Məsələləri Dövlət Xidmətinin AZ65 NABZ 0136 1150 0000 0000 4944 hesablaşma hesabına (VÖEN:2000015631) ödənilməlidir.)

- hüquqi şəxslər üçün təsis sənədlərinin müəyyən olunmuş qaydada təsdiq edilmiş surətləri

- fiziki şəxslər üçün şəxsiyyəti təsdiq edən sənədin surəti.

Əlaqəli Xəbərlər