Menyu

Cinayət törətməkdə şübhəli bilinən 69 nəfər saxlanılıb

Operativ Media
Cinayət törətməkdə şübhəli bilinən 69 nəfər saxlanılıb

Aprelin 14-də ölkə ərazisində qeydə alınan 56, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   

DİN-nin mətbuat xidmətindən Operativ Media-ya verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 111, o cümlədən borclu şəxs qismində axtarışda olan 84 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.      

Narkotiklərlə əlaqəli 27, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 16 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 69 nəfər saxlanılıb.

Əlaqəli Xəbərlər