Neftçalada marketdə istehlaka yararsız məhsullar aşkarlanıb
Operativ Media
Neftçala rayonu, Birinci Qaralı kəndində fəaliyyət göstərən, fiziki şəxs Əskərov Əhəd Maqsud oğluna məxsus marketdə Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən plandankənar yoxlama keçirilib.
Operativ Media xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.
Yoxlama zamanı marketdə bir sıra nöqsanlar müəyyən edilib, yararlılıq müddəti bitmiş qida məhsulları aşkarlanıb. Həmçinin obliqat qrupuna aid işçinin tibbi müayinədən keçmədiyi məlum olub.
Fiziki şəxs barəsində inzibati protokol tərtib olunub, tibbi müayinədən keçməyən işçinin kənarlaşdırılması və istehlaka yararsız məhsulların satışının qadağan edilməsi barədə məhdudlaşdırıcı qərar qəbul olunub.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net