Menyu

Xankəndi şəhərində növbəti əmək yarmarkası keçirilib

Operativ Media
Xankəndi şəhərində növbəti əmək yarmarkası keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və "ABC-TELECOM" MMC-nin birgə təşkilatçılığı ilə Xankəndi şəhərində növbəti əmək yarmarkası keçirilib.

Operativ Media xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Aktiv məşğulluq tədbiri Agentliyin Qarabağ Regional Məşğulluq filialının Xankəndi şəhər xidmət şöbəsinin inzibati binasında keçirilib. Yarmarkada satış məsləhətçisi üzrə vakansiyalar təqdim olunub.

Yarmarkada iştirak edən şəxslərə iş yerləri üzrə tələblər barədə məlumat verilib, vakansiyalara uyğun namizədlərin qeydiyyatı aparılıb.

Vətəndaşlar Dövlət Məşğulluq Agentliyinin icra etdiyi məşğulluq proqramları barədə də məlumatlandırılıblar.

Fotogalereya

Əlaqəli Xəbərlər