Menyu

Azərbaycanda "çoxuşaqlı ailə" statusu dəyişə bilər – TƏKLİF

Operativ Media
Azərbaycanda "çoxuşaqlı ailə" statusu dəyişə bilər – TƏKLİF

Azərbaycanda mövcud qanunvericiliyə əsasən çoxuşaqlı ailələr üçün müəyyən sosial təminatlar və güzəştlər nəzərdə tutulur. Əmək pensiyaları haqqında Qanun çərçivəsində beş və daha çox uşağı olan anaların, bəzi hallarda isə ataların pensiya yaşı 5 il azaldılır. Bu isə onların standart 65 yaş əvəzinə 60 yaşında pensiyaya çıxmasına imkan yaradır.

Bu sözləri Operativ Media-ya açıqlamasında deputat Vüqar Bayramov deyib. 

O bildirib ki, eyni zamanda, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən çoxuşaqlı ailələrə sosial dəstək məqsədilə aylıq müavinətlər də verilir. Beş və daha çox uşağı olan ailələrdə hər bir uşaq üçün 18 yaşına qədər dövlət büdcəsindən müəyyən məbləğdə ödəniş həyata keçirilir:

“Lakin son dövrlərdə irəli sürülən təkliflərə əsasən, “çoxuşaqlı ailə” anlayışının yenidən nəzərdən keçirilməsi müzakirə olunur. Belə ki, bu meyarın beş uşaqdan üç uşağa endirilməsi və üç və daha çox uşağı olan ailələrə də erkən pensiya hüququnun verilməsi məqsədəuyğun hesab edilir. Bu yanaşma daha geniş ailə qrupunun sosial müdafiə tədbirlərindən faydalanmasına şərait yarada bilər.

Ümumilikdə, bu istiqamətdə qanunvericiliyin təkmilləşdirilməsi həm demoqrafik artımın stimullaşdırılması, həm də ailələrin sosial rifahının gücləndirilməsi baxımından vacib hesab olunur”.

Əlaqəli Xəbərlər