Metroda qatarların hərəkət intervalları azaldılıb
Operativ Media
Bakı Metropoliteni xətlərində saat 12:00-dan etibarən 28 cüt qatar fəaliyyət göstərir.
Qeyd olunub ki, yenilənmiş hərəkət intervallarına əsasən, “Əhmədli–28 May” istiqamətində interval 2 dəqiqə 30 saniyədən 2 dəqiqə 8 saniyəyə endirilib. “28 May–Dərnəgül” və “28 May–İçərişəhər” istiqamətlərində isə intervallar 5 dəqiqədən 4 dəqiqə 15 saniyəyədək azaldılıb.
Hazırda qatarlararası intervalların daha da azaldılması istiqamətində işlər davam etdirilir.
Digər istiqamətlər üzrə hərəkət cədvəlləri ilə bu linkdən tanış olmaq mümkündür.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net