Sumqayıtda 12 min abonentin suyu kəsiləcək
Operativ Media
Sumqayıt şəhərində 12 min abonentin içməli su təchizatında müvəqqəti məhdudiyyət olacaq.
Sumqayıt Sukanal İdarəsindən Operativ Media-ya bildirilib ki, şəhər əhalisinin bir hissəsini içməli su ilə təmin edən magistral su kəmərində aparılan təmir-tikinti işləri ilə əlaqədar aprelin 22-də saat 21:00-dan etibarən səhər saatlarınadək suyun verilişi dayandırılacaq.
Bildirilib ki, fasilə 48, 50, 51, 53-cü məhəllələri, 16 və 17-ci mikrorayonların beşmərtəbəli binaları, 18-ci mikrorayon, eləcə də Corat qəsəbəsinin bəzi hissələrini - ümumilikdə 12 minə yaxın abonent - əhatə edəcək.
Təmir işləri başa çatdıqdan sonra suyun verilişi mərhələli şəkildə bərpa olunacaq.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net