Ağstafada bıçaqlanan şagirdin son durumu açıqlanıb
Şəfa Hüseynli
Ağstafa şəhəri 3 nömrəli tam orta məktəbdə bıçaqlanan şagirdin son durumu açıqlanıb.
TƏBİB-dən Operativ Media-nın sorğusuna cavab olaraq bildirilib ki, 21.04.2026-cı il tarixində saat 14:10 radələrində 2012-ci il təvəllüdlü şəxs (kişi cinsli) Ağstafa Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bildirilib ki, pasiyentə sol budun deşilmiş yarası diaqnozu təyin edilib. İlkin tibbi yardım göstərilib, vəziyyəti qənaətbəxş olduğundan ambulator müalicə üçün evə buraxılıb.