Cibgirlik edən şəxs saxlanılıb
Operativ Media
Nəsimi rayonunda bir nəfər polisə müraciət edərək ictimai nəqliyyat vasitəsindən istifadə edən zaman cibində olan “Iphone” markalı mobil telefonunun talandığını bildirib.
Operativ Media xəbər verir ki, bu barədə DİN məlumat yayıb.
Bildirilib ki, Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə cibgirlik əməlində şübhəli bilinən, əvvəllər məhkum olunmuş 40 yaşlı Şəmsi Məmmədov müəyyən edilərək saxlanılıb. Onun Yasamal rayonu ərazisində də analoji əməllər törətdiyi məlum olub.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.