Menyu

DİN BNMİ əməliyyat keçirib, 49 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb

Operativ Media
DİN BNMİ əməliyyat keçirib, 49 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb

DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyatları zamanı 49 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb.

Operativ Media xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Bildirilib ki, növbəti tədbirlər zamanı saxlanılan 35 yaşlı Allahşükür İsmayılzadədən 34 kiloqram 875 qram, əvvəllər məhkum olunmuş 29 yaşlı Ceyhun Sultanovdan isə 14 kiloqram 700 qram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb. Saxlanılan şəxslərin narkotikləri satmaq məqsədi ilə əldə etdikləri müəyyən olunub.

Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Əlaqəli Xəbərlər