Menyu

Cinayət törətməkdə şübhəli bilinən 82 nəfər saxlanılıb

Operativ Media
Cinayət törətməkdə şübhəli bilinən 82 nəfər saxlanılıb

Aprelin 25-də və 26-da ölkə ərazisində qeydə alınan 90, əvvəlki dövrlərdən bağlı qalan 7 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. 

Operativ Media xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 61, o cümlədən borclu şəxs qismində axtarışda olan 30 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 39, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 6 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 82 nəfər saxlanılıb.

Əlaqəli Xəbərlər