Menyu

Cinayət törətməkdə şübhəli bilinən 72 nəfər saxlanılıb

Operativ Media
Cinayət törətməkdə şübhəli bilinən 72 nəfər saxlanılıb

Mayın 2-də və 3-də ölkə ərazisində qeydə alınan 80, əvvəlki dövrlərdən bağlı qalan 15 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. 

Operativ Media xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 80, o cümlədən borclu şəxs qismində axtarışda olan 49 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 31, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 7 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 72 nəfər saxlanılıb.

Əlaqəli Xəbərlər