Ötən ay 23647 ədəd müxtəlif tərkibli həb aşkarlanaraq dövriyyədən çıxarılıb
Operativ Media
Narkоtik vasitələrin qеyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 121 kiloqram 249 qram narkоtik vasitə və 23647 ədəd müxtəlif tərkibli həb aşkarlanaraq dövriyyədən çıxarılmışdır.
Operativ Media xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Bildirilib ki, qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə tədbirləri nəticəsində ümumi dəyəri 2 milyon 168 min 103 manat оlan qaçaqmal, о cümlədən RF valyutası, odlu silah və ona məxsus patronlar, dərman vasitələri və tütün məmulatları aşkar olunaraq götürülmüşdür.