Menyu

Azərbaycan və Serbiya Yüksək Səviyyəli Birgə İşçi Qrupunun iclası keçirilib

Operativ Media
Azərbaycan və Serbiya Yüksək Səviyyəli Birgə İşçi Qrupunun iclası keçirilib

Bakıda Azərbaycan və Serbiya arasında hərbi əməkdaşlıq sahəsində Yüksək Səviyyəli Birgə İşçi Qrupunun iclası keçirilib. 

Operativ Media xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi general-mayor Fərid Əliyevin və Serbiyanin Müdafiə Texnologiyaları İdarəsinin rəisi general-mayor Slavko Rakicin rəhbərlik etdiyi nümayəndə heyətləri görüşüb. 

İclasın növbəti mərhələsində müxtəlif xidmət sahələrini təmsil edən altqruplarda "Rəqəmsal Ordu", süni intellekt, kibertəhlükəsizlik, hava hücumundan müdafiə və insansız sistemlər sahələrində, həmçinin birgə təlim və məşqlərin təşkilinə dair müzakirələr aparılıb.

Tərəflər həmçinin hərbi və hərbi-texniki əlaqələrin cari vəziyyətini təhlil edib, əməkdaşlığın genişləndirilməsi, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı ətraflı fikir mübadiləsi aparıblar.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər