Litva səfiri: “Heç bir nəticə “Qarabağ”ın nailiyyətlərinə kölgə sala bilməz”
Litvanın Azərbaycandakı səfiri Kestutis Vaškeviçus UEFA Konfrans Liqasının pley-off mərhələsindəki məğlubiyyətdən sonra "Qarabağ" futbol klubuna dəstəyini ifadə edib.
Operativ Media xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsində yazıb.
"Hərçənd ötən gecə "Qarabağ" qələbə qazanmadı, lakin heç bir nəticə bu komandanın nailiyyətlərinə kölgə sala bilməz. "Qarabağ" FK-ya və uzun illər ərzindəki rəhbərliyi ilə unudulmaz Avropa qələbələri qazandıran və Azərbaycanın futbol mədəniyyətinə müstəsna töhfə verən baş məşqçi Qurban Qurbanova böyük hörmətimi bildirirəm. Belə irslər əbədi yaşayır", – deyə səfir qeyd edib
UEFA Konfrans Liqasının pley-off mərhələsinin iki oyununun nəticəsinə əsasən, "Qarabağ" FK Niderlandın "Tvente" klubuna məğlub olub (1:0, 1:4). Bununla da "Qarabağ"ın avrokubokların əsas mərhələsində ardıcıl 12 mövsüm davam edən seriyası başa çatıb..
dəqiqələr içində saytın olsun.