Zakir Həsənov Türkiyəni Zəfər Bayramı münasibətilə təbrik edib
Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov 30 Avqust – Zəfər Bayramı münasibətilə Türkiyənin Azərbaycandakı səfirliyində keçirilən rəsmi tədbirdə çıxış edib.
Operativ Media xəbər verir ki, Zakir Həsənov Türkiyəyə təbriklərini çatdırıb.
Nazir bildirib ki, Prezident Rəcəb Tayyib Ərdoğanın həyata keçirdiyi qətiyyətli siyasət nəticəsində Türkiyə böyük uğurlar qazanaraq güclü dövlətə çevrilib.
Onun sözlərinə görə, qardaş ölkənin hər bir uğuru Azərbaycanda da böyük sevinc hissi ilə qarşılanır.
"Bu gün Prezident Rəcəb Tayyib Ərdoğanın həyata keçirdiyi qətiyyətli siyasət nəticəsində Türkiyə böyük uğurlara nail olub və güclü dövlətə çevrilib. Qardaş ölkənin hər bir uğuru bizi də böyük sevinc hissi ilə sevindirir.
Türkiyə ilə Azərbaycan arasında qardaşlıq əlaqələri ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” və Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” prinsipləri əsasında daha da möhkəmlənir",- deyə Z.Həsənov əlavə edib.
dəqiqələr içində saytın olsun.