Pezeşkian: Qonşularla bölgənin təhlükəsizliyini təmin edə bilərik
İran Prezidenti Məsud Pezeşkian İslam ölkələri, o cümlədən Azərbaycanla münasibətlərin inkişaf etdirilməsinin və regionda təhlükəsizliyin birgə təmin olunmasının vacibliyini vurğulayıb.
Operativ Media xəbər verir ki, Pezeşkian diplomatiyanın gücləndirilməli və bu istiqamətə daha çox vaxt ayrılmalı olduğunu bildirib.
İran Prezidenti qonşu ölkələrlə yaxşı münasibətlər qurulmasının vacibliyini qeyd edib.
“Niyə İslam ölkələri ilə dava etməliyik, niyə birlikdə bölgənin təhlükəsizliyini təmin etməyək?” – deyə Pezeşkian bildirib.
Onun sözlərinə görə, səfərlər, dialoq və qarşılıqlı əlaqələr vasitəsilə bu məqsədə nail olmaq mümkündür.
Pezeşkian Azərbaycan, Səudiyyə Ərəbistanı, Türkiyə, BƏƏ, Qətər, Oman, Misir, Türkmənistan və digər ölkələrlə anlaşma əldə etməyin mümkün olduğunu deyib.
“Bunun üçün də zəmin hazırdır”, – İran Prezidenti vurğulayıb.
O, baxış bucağının dəyişdirilməsi halında müsəlman ölkələri ilə asanlıqla əməkdaşlıq etməyin mümkün olduğunu bildirib.
Pezeşkian güc mövqeyindən danışmağın qarşı tərəfin də eyni yanaşmanı sərgiləməsinə səbəb olacağını qeyd edib:
“Amma güc mövqeyindən danışmaq istəsək, qarşı tərəf də deyəcək ki, mənim də gücüm var”.
İran Prezidenti sonda regionda sabitliyin təmin olunması üçün ölkələrin birgə fəaliyyət göstərməli olduğunu vurğulayıb:
“Biz əl-ələ verib bölgəni sakitləşdirməliyik”.
dəqiqələr içində saytın olsun.