Menyu

“44” bədii filmi ictimaiyyətə təqdim ediləcək

Operativ Media
“44” bədii filmi ictimaiyyətə təqdim ediləcək
1 dəq oxu

Oktyabrın 12-də Heydər Əliyev Mərkəzində “44” bədii filminin təqdimatı keçiriləcək.

Operativ Media xəbər verir ki, film Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi qəhrəmanlığa həsr olunub. 

Ekran əsərinin məqsədi gənc nəslin vətənpərvərlik ruhunda yetişməsinə və tarixi yaddaşın qorunmasına töhfə verməkdir.

Filmin premyerası oktyabrın 1-də Heydər Əliyev Mərkəzində keçirilib. Ekran əsəri bir kursantın gözü ilə təqdim olunan qəhrəmanlıq və məhəbbət dramıdır.

Filmin süjet xəttində Xüsusi Təyinatlı Qüvvələrin zabiti Rəşad Xəlilov, Azərbaycanda çalışan türkiyəli həkim-ortoped Zeynəb Özdəmir və xüsusi təyinatlı qrupun komandiri polkovnik Ramazan Kərimovun hekayəsi yer alır. Əsərdə sevgi, şəxsi sınaqlar və hərbi əməliyyatlar paralel şəkildə təsvir olunur. 

Filmin rejissorları İsmayıl Səfərəli və Maksim Smetanadır. Ssenari müəllifi Anar Ələkbərov olan ekran əsəri Bakı Media Mərkəzi tərəfindən istehsal edilib və Heydər Əliyev Fondunun, eləcə də Mədəniyyət Nazirliyinin dəstəyi ilə ərsəyə gəlib.

Çəkilişlər Bakı, Abşeron, Ağdam, Cəbrayıl, Füzuli, Goranboy, Gəncə, Xocavənd, Xızı, Lerik və Şuşada aparılıb.

Əlaqəli Xəbərlər