Menyu

Azərbaycan XİN Türkiyəni təbrik edib

Operativ Media
Azərbaycan XİN Türkiyəni təbrik edib
1 dəq oxu

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Türkiyəni Respublika Günü münasibətilə təbrik edib.

Operativ Media xəbər verir ki, bu barədə Azərbaycan XİN-in “X” sosial media hesabında paylaşım edilib.

“29 Oktyabr – Türkiyə Respublikasının əsasının qoyulmasının 103-cü ildönümü münasibətilə qardaş Türkiyə xalqını və dövlətini səmimi-qəlbdən təbrik edirik.

Bu əlamətdar gündə Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkü, eləcə də ölkənin azadlığı və müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsini dərin ehtiramla yad edirik.

Türkiyənin Cümhuriyyət Bayramı mübarək olsun!”, – paylaşımda qeyd olunub.

Əlaqəli Xəbərlər