FIFA DÇ-2026-nın bilet satışından 5 milyard dollar qazanıb
Beynəlxalq Futbol Federasiyası (FIFA) 2026-cı il dünya çempionatının oyunlarına biletlərin satışından 5 milyard dollar gəlir əldə edib.
Operativ Media xəbər verir ki, bu barədə “The Times” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.
Bu məbləğ FIFA-nın 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatında bilet satışından əldə etdiyi 929 milyon dollarlıq gəlirdən təxminən 5,4 dəfə çoxdur.
Turnir zamanı bir çox azarkeş biletlərin qiymətlərinin həddindən artıq yüksək olmasını tənqid edib. “The Times” nəşrinin sorğusuna cavab olaraq FIFA bildirib ki, rəsmi maliyyə göstəriciləri təşkilatın illik hesabatında açıqlanacaq.
Qeyd edək ki, 2026-cı il dünya çempionatı tarixdə ilk dəfə ABŞ, Kanada və Meksikanın ev sahibliyi ilə üç ölkədə təşkil olunub. Finalda Argentina yığmasını əlavə vaxtda 1:0 hesabı ilə məğlub edən İspaniya millisi turnirin qalibi olub.