Menyu

"Liverpul" "Monako"nun seneqallı yarımmüdafiəçisi ilə maraqlanır

Operativ Media
"Liverpul" "Monako"nun seneqallı yarımmüdafiəçisi ilə maraqlanır
1 dəq oxu

İngiltərənin “Liverpul” klubu “Monako”nun seneqallı yarımmüdafiəçisi Lamin Kamaraya transfer təklifi ilə bağlı addımlar atır.

Operativ Media “The Sun” nəşrinə istinadən xəbər verir ki, Mersisayd təmsilçisi 22 yaşlı futbolçunun nümayəndələri ilə yenidən əlaqə saxlayaraq onun vəziyyəti barədə məlumatlandırılmasını istəyib. Kamarının yanvar transfer pəncərəsində komandaya qoşulması istisna edilmir. Lakin keçidin reallaşması üçün tərəflərin müəyyən güzəştlərə getməsi tələb olunur.

Kamara 2026-cı ilin yayında təxminən 56 milyon avro qarşılığında “Çelsi”yə keçməyə yaxın olsa da, “Monako” son anda transferi dayandırıb.

Buna baxmayaraq, seneqallı futbolçu inkişafını davam etdirib. O, 2026/2027 mövsümündə 10 oyuna start heyətində çıxıb, iki qol vurub və bir məhsuldar ötürmə ilə yadda qalıb. “Monako”nun baş məşqçisi Filipe Luis Kamarını “futbolun gələcəyini təcəssüm etdirən” oyunçu adlandırıb.

Qeyd edək ki, Kamara 2024-cü ilin iyulundan “Monako”da çıxış edir. Onun klubla müqaviləsi 2029-cu il iyunun 30-dək qüvvədədir. “Transfermarkt” portalı futbolçunun transfer dəyərini 55 milyon avro qiymətləndirir.

Əlaqəli Xəbərlər