Menyu

Əli Hüseynli: Yeni qanun korrupsiyaya qarşı mübarizədə spesifik məsələləri tənzimləyəcək

Operativ Media
Əli Hüseynli: Yeni qanun korrupsiyaya qarşı mübarizədə spesifik məsələləri tənzimləyəcək
1 dəq oxu

Korrupsiyaya qarşı mübarizə keyfiyyətcə yeni mərhələdədir və bu mübarizənin qanunvericilik bazasının daim təkmilləşməsi təqdirəlayiqdir.

Operativ Media xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli parlamentdə “Maraqlar toqquşması haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, “Maraqlar toqquşması haqqında” qanun layihəsinin təqdim olunması təsadüfi deyil və bu ideya ətrafında uzun illərdir müzakirələr aparılır.

Əli Hüseynli qeyd edib ki, korrupsiyaya qarşı mübarizənin və dövlət quruculuğunun inkişafının indiki mərhələsində belə bir qanunun təqdim olunması təqdirəlayiqdir.

“Bu qanun beynəlxalq təcrübədə mövcuddur və onun müddəaları deyə bilərəm ki, korrupsiyaya qarşı mübarizə ilə bağlı digər qanunlara həm də uyğunluq təşkil edir. Amma qanun bir sıra spesifik məsələləri də tənzimləyir”, – komitə sədri vurğulayıb.

Əlaqəli Xəbərlər