Menyu

Ceyhun Bayramov: Azərbaycan türk dövlətləri arasında həmrəyliyin gücləndirilməsinə sadiqdir

Operativ Media
Ceyhun Bayramov: Azərbaycan türk dövlətləri arasında həmrəyliyin gücləndirilməsinə sadiqdir
1 dəq oxu

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının Ankarada keçirilən iclasında çıxış edib.

Operativ Media xəbər verir ki, bu barədə Ceyhun Bayramov “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

Nazir bildirib ki, Qəbələ Zirvəsindən (2025) sonra Azərbaycanın sədrliyi dövründə türk dövlətləri arasında həmrəyliyin dərinləşdirilməsi, əməkdaşlığın gücləndirilməsi, iqtisadi və nəqliyyat əlaqələrinin genişləndirilməsi istiqamətində səylər göstərilib.

O qeyd edib ki, Bakıda TDT-yə üzv dövlətlərin təhlükəsizlik şuraları katiblərinin görüşünün keçirilməsindən müdafiə sənayesi sahəsində əməkdaşlıq üzrə 2027-ci il üçün yol xəritəsinin hazırlanmasına, ortaq mədəni irsin qorunmasına yönələn təşəbbüslərədək müxtəlif sahələrdə əməkdaşlıq inkişaf etdirilib.

Ceyhun Bayramov vurğulayıb ki, 2026-cı ildə keçirilən dörd görüş siyasi dialoqun və regional, eləcə də qlobal çağırışlarla bağlı koordinasiyanın gücləndirilməsinə töhfə verib.

“Azərbaycan ortaq baxışımızı konkret nəticələrə çevirməyə, TDT-nin imkanlarından tam istifadə etməyə, sülh və rifah naminə tərəfdaşlığımızı, eləcə də beynəlxalq arenada kollektiv səsimizi gücləndirməyə sadiqdir”, – deyə nazir bildirib.

Əlaqəli Xəbərlər