Menyu

Milli Məclisdə boşanan valideynlərin tələbə övladlarına aliment ödəməsi təklif edilib

Operativ Media
Milli Məclisdə boşanan valideynlərin tələbə övladlarına aliment ödəməsi təklif edilib
1 dəq oxu

Azərbaycanda nikahı pozulmuş valideynlərin ali təhsil alan övladlarına təhsil müddətində aliment ödəməsi məcburi öhdəlik kimi qanunvericilikdə nəzərdə tutulmalıdır.

Operativ Media xəbər verir ki, bunu Milli Məclisin İntizam komissiyasının üzvü, deputat Məlahət İbrahimqızı parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.

Deputat bildirib ki, valideynlərini itirmiş və ya valideynlərindən biri əlil olan uşaqlara dövlət tərəfindən müəyyən yaşadək müavinət ödənilir. Uşaq 18 yaşından sonra ali təhsil alırsa, bu ödəniş 23 yaşadək davam edir.

Məlahət İbrahimqızı qeyd edib ki, bu yanaşma ilə Ailə Məcəlləsində nəzərdə tutulan aliment öhdəliyi arasında ziddiyyət var:

“Amma ailədə, ailə nikah pozulduğu halda, ailə başçıları arasında uşaq qarşısında, övladları qarşısında öhdəlikdə problem var. Belə ki, onlar alimenti 18 yaşına qədər verdikdən sonra uşaq hətta ali məktəbdə oxuduğu halda ona aliment verilmir, o könüllü qaydalarda həll oluna bilər. Belə bir etiva edir qanunlarda, mövcud qanunvericilikdə”.

Deputat vurğulayıb ki, dövlət ali təhsil alan uşaqlara 23 yaşadək büdcə hesabına dəstək göstərirsə, valideyn də övladının təhsil aldığı müddətdə onun təminatına görə məsuliyyət daşımalıdır.

“Dövlətimiz bu ağır yükü büdcənin hesabına təhsil aldığı halda həmin uşağa 23 yaşına qədər verdiyi halda nədən valideyn öz övladına, övladı əgər ali məktəbə daxil olursa, o təhsil müddətində də alimenti verməsin? Mən bunu araşdırdım, Türkiyədə də, eləcə də Avropanın bütün ölkələrində bu qanun belə də qanunvericilikdə öz əksini tapır. Nikah pozulduğu halda valideyn övladına ali məktəbi bitirənə qədər aliment verməyi məcburi bir öhdəlik kimi onun qarşısındadır. Xahiş edirəm, müvafiq komitəyə bu məsələnin araşdırılması və həll olunmasına dəstək olasınız”.

Məlahət İbrahimqızı bu məsələnin müvafiq komitədə araşdırılmasını və qanunvericilikdə həllini tapmasına dəstək verilməsini xahiş edib.

Əlaqəli Xəbərlər