Bakıda qətl törədən şəxsə cinayət işi açılıb
Bakıda 51 yaşlı kişini qətlə yetirən şəxsə cinayət işi açılıb.
Nəsimi rayon Prokurorluğundan "Operativ Media"ya verilən məlumata görə, oktyabrın 24-ü 1972-ci il təvəllüdlü Araz Həsənovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırmalarla 1963-cü il təvəllüdlü Səyavuş Abbasovun Nəsimi rayonu ərazisində aralarında yaranmış mübahisə zamanı Araz Həsənova bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanılıb, Səyavuş Abbasov şübhəli şəxs qismində tutulub.
Hazırda ibtidai istintaq davam edir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net