25 Oktyabr 2023, 09:08
Göyçayda narkotikə görə 5 nəfər saxlanıldı
Göyçayda narkotikə görə 5 nəfər saxlanıldı şəkil
Göyçayda narkotikə görə 5 nəfər saxlanıldı

Göyçayda narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan 5 nəfər saxlanılıb.

Bu barədə "Operativ Media" ya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib.

Qeyd edilib ki, Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən son günlər ərzində keçirilən əməliyyatlar zamanı rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 5 nəfər saxlanılaraq istintaqa təhvil verilib.

Keçirilən tədbirlər zamanı rayon sakinləri - Müzəffər Müzəffərov, Səbuhi Həsənov, Vüsal Şərifov, Kamran Allahverdiyev və Rəşad Abdullayev narkotik vasitələrin dövriyyəsində şübhəli bilindikləri üçün saxlanılıblar.

 

Şəxsi axtarış zamanı onlardan müxtəlif çəkilərdə heroin aşkar edilərək götürülüb. Araşdırma zamanı saxlanılanların əksəriyyətinin əvvəllər də narkotiklərin qanunsuz dövriyyəsi, oğurluq, soyğunçuluq və digər cinayət əməllərinə görə məhkum edildikləri məlum olub.

Faktlarla bağlı cinayət işləri başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 

Son xəbərlər
Münaqişə Trampın prezidentlik müddəti bitənə qədər başa çatmalıdır
Bakıda binada partlayış baş verib
Azərbaycan cüdoçuları Berlində Avropa Kubokunda qüvvəsini sınayacaq
İlham Əliyevin Türkiyə səfərindən görüntülər - VİDEO
19 İyun 2025, 22:59
Yevlaxda 1 nəfər kanalda batıb
Zelenski Ukrayna Quru Qoşunlarına yeni rəis təyin edib
Ağ Ev İranla danışıqların əsas şərtini açıqlayıb
“Air Arabia” Azərbaycana uçuşları dayandırıb