Ana səhifə / Gündəm / AZAL qiymətləri endirdi - İstanbula, Tbilisiyə bilet 72 manat oldu AZAL qiymətləri endirdi - İstanbula, Tbilisiyə bilet 72 manat oldu 24.11.2023, 09:14 Redaksiya 50981 baxış Milli aviadaşıyıcı olan AZAL bu gün endirim kampaniyası elan edib. "Operativ Media" xəbər verir ki, AZAL tətbiqi üzərindən alınan biletlərə endirim başlayıb. Kampaniyaya əsasən 39€-dan (72 AZN) başlayan qiymətlərlə 35-dən çox istiqamətə səyahət etmək mümkündür. Kampaniya sadəcə bu gün və yalnız AZAL mobil tətbiqindən alınan biletlərə aiddir. Qiymətlər və istiqamətlər isə belədir: BAKIDAN 39€ (72 AZN) - Tbilisi, İstanbul (SAW), İzmir, Ankara, Trabzon, Aktau, Həştərxan, Samara, Kazan, Ufa, Küveyt; 69€ (127 AZN) - Volqoqrad, Mineralnıye Vodı, Yekaterinburq, Soçi, Dammam, Ər-Riyad, Minsk; 99€ (183 AZN)- Astana, Kişineu, İstanbul (IST), Antalya, Moskva (DME), Moskva (VKO), Novosibirsk, Sankt-Peterburq, Almatı, Dubay, Berlin, Vyana, Praqa; 149€ (276 AZN) - Barselona, Milan, Paris; 199€ (368 AZN) - London, Pekin. Səyahət tarixləri: 15.01.2024 – 06.03.2024 Tətbiqi yükləyin: https://bit.ly/azal-app Teqlər: "AZAL qiym\u0259tl\u0259ri endirdi - \u0130stanbula Tbilisiy\u0259 bilet 72 manat oldu"