İrandan tütün və xalçanın qaçaqmalçılıqla Azərbaycana gətirilməsinin qarşısı alındı
Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsi bölmələrinin birgə fəaliyyəti çərçivəsində Xəzər dənizinin cənub istiqamətində tütün məmulatlarının qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına gətirilməsinin qarşısı alınıb.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən "Operativ Media" ya verilən məlumata görə, Xəzər dənizinin Bəndovan burnu istiqamətində keçirilən tədbirlər nəticəsində sahil xəttində aşkar olunmuş qutulara baxış zamanı ümumilikdə 23998 ədəd müxtəlif adda siqaret, 80 ədəd dəmir bankada konservləşdirilmiş pomidor toxumu və 1 ədəd xalça aşkar edilərək götürülüb.
Fаkt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net