Heydər Əliyev Sarayına yeni direktor təyin olundu

admin
Heydər Əliyev Sarayına yeni direktor təyin olundu

Heydər Əliyev Sarayının direktoru vəzifəsinə direktor təyinatı olub.

"Operativ Media" nın məlumatına görə, bu barədə mədəniyyət naziri Adil Kərimli əmr imzalayıb.

Əmrə əsasən, İlham Zakir oğlu Qasımov Heydər Əliyev Sarayının direktoru təyin edilib.

Qeyd edək ki, İlham Qasımov 1977-ci ildə anadan olub. 1998-ci ildə Azərbaycan Texniki Universitetini bitirib.

1992–1996-cı illərdə “Şən və Hazırcavablar Klubu”nun (ŞHK) üzvü olub. 1994–1995-ci illərdə ŞHK-nin universitetlərarası çempionatında qalib adını qazanıb.

O , 2000-ci ildən etibarən müxtəlif televiziya layihələri, teatral quruluşlar, konsert proqramları və reklam filmləri layihələrini həyata keçirib.

Digər xəbərlər