Menyu

Baqiri: Xəzər sülh və dostluq dənizidir

Redaksiya
Baqiri: Xəzər sülh və dostluq dənizidir

İran Silahlı Qüvvələrinin baş qərargah rəisi, general-mayor Məhəmməd Baqiri "Dilman" esminesinin Xəzər sularına buraxılması mərasimində iştirak edib.

"Operativ Media" xəbər verir ki, Baqiri Xəzər dənizini dostluq və təhlükəsizlik dənizi adlandırıb:

"Xəzər sülh və dostluq dənizidir və bizim Xəzər dənizinin bütün sahilyanı ölkələri ilə ikitərəfli, dostluq və hərbi əlaqələrimiz var. Bu esmines və ölkənin şimalındakı donanmada olan digər imkanlarımız ticarət donanmasının təhlükəsizliyini təmin etməyə, terrorçularla və gələcəkdə baş verə biləcək insidentlərlə mübarizə aparmağa xidmət edir. Xəzər dənizinə bu hərbi-dəniz imkanlarının əlavə edilməsi ilə biz daha sabit təhlükəsizliyə və region ölkələri ilə daha sabit əməkdaşlığa malik olacağıq"-deyə Baqiri qeyd edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər