Hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
Əziz Əzizli
Bu gün gündüz şimal və qərb rayonlarından başlayaraq 15-i gündüzədək bəzi yerlərdə hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.
Bu barədə "Operativ Media"ya Milli Hidrometerologiya Xidmətindən məlumat verilib.
Qeyd olunub ki, ayrı-ayrı yerlərdə (Qarabağ, Şərqi Zəngəzur, Naxçıvan MR, Balakən-Şəki, Quba-Qusar, Mərkəzi Aran) yağışın leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.
Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net