Menyu

İmişlidə iki nəfəri elektrik cərəyanı vuraraq öldürüb - YENİLƏNİB

İmişlidə iki nəfəri elektrik cərəyanı vuraraq öldürüb - YENİLƏNİB
1 dəq oxu

TƏBİB İmişli şəhərində iki yeniyetmənin ölümü ilə bağlı açıqlama verib.

"Operativ Media" xəbər verir ki, bu gün saat 15:10 radələrində elektrik cərəyanı vurması səbəbilə İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə çağırış daxil olub. Hadisə yerinə dərhal təcili tibbi yardım briqadası göndərilib.

2010 və 2014-cü il təvəllüdlü 2 nəfərin (kişi cinsli) hadisə yerində ölüm faktı qeydə alınıb.

Qeyd edək ki, İsbərov Amid Seyran oğlunu və Məmmədov Farid Vahid oğlunu elektrik cərəyanı vuraraq öldürüb.

***

16:25

İmişli şəhərində iki nəfəri elektrik cərəyanı vuraraq öldürüb.

"Operativ Media" xəbər verir ki, hadisə 5 saylı orta məktəbin həyətində qeydə alınıb.

Onlardan biri 6-cı sinif şagirdi, digəri isə başqa rayondan gələn onlara gələn qonaqdır.

Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır. 

Əlaqəli Xəbərlər