Menyu

"TikTok"da "Adəmin atası" adı ilə paylaşımlar edən şəxs həbs edilib

Nərmin Qocamanlı
"TikTok"da "Adəmin atası" adı ilə paylaşımlar edən şəxs həbs edilib
1 dəq oxu

Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar və çağırışlar edən şəxslərlə bağlı polis əməkdaşları tərəfindən qanunamüvafiq tədbirlər davam etdirilir.

"Operativ Media" xəbər verir ki, barəsində dəfələrlə tədbir görülməsinə baxmayaraq 1988-ci il təvəllüdlü, “Adem.Mirzeyev” profili ilə tanınan Sadiq Mirzəyev yenidən məsuliyyətə cəlb edilib.

Müvafiq qərarla S.Mirzəyev 30 sutka inzibati qaydada həbs edilib.

Əlaqəli Xəbərlər